H.Marko: F1 mühəndislərin yarışıdır

Red Bull-un idman məsləhətçisi Helmut Marko bildirib ki, Formula1 artıq mühəndislərin yarışıdır.

F-1.az xatırladır ki, 2014-cü ildə başlayan turbo eradan sonra Mercedes-dən başqa heç kim çempion ola bilməyib. Almaniya təmsilçisi bu il də çempionluğa doğru inamla gedir.

Helmut Marko: “Mercedes bu qarışıq texnologiyanı daha yaxşı başa düşdü. Lyuis komandanın hesabına belə üstünlük qazanıb. Bu, artıq yarış yox, mühəndis çempionatıdır. Ön planda texnika yox, insanlar olmalıdır. Azarkeşləri cəlb edən şey budur.

Telemetriya miqdarını azaltmalı və sürücülərlə radio danışıqları azaltmalıyıq. Azarkeşlər mühəndislərin işini yox, bolidi son həddə qədər sürən sürücüləri görmək istəyir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*