S.Fettel: AMR21 güclüdür

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bolidindən razıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü son yarışda yerində fırlanmış və yekunda xalsız qalmışdı. Dördqat Dünya Çempionu o səhvi etməsəydi, böyük ehtimalla xallar qazana bilərdi.

Sebastyan Fettel: “Silverstounda istədiyimiz xalları ala bilmədik və məyusam. Ancaq AMR21-i təkmilləşdirməyə davam edirik. Yay tətiliə az qalıb, amma əvvəlcə Macarıstan yarışından yaxşı xallar qazanmalıyıq. Hunqarorinqdə ötmə etmək çətindir. Buna görə də yaxşı vahid dövrəyə və strategiyaya ehtiyacımız olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*