20 Noyabr 2019, Çərşənbə - 13:12

L.Həmilton: “Ümid edirəm ki, səhv çıxaram”

L.Həmilton: “Ümid edirəm ki, səhv çıxaram”

Müəllif: Rauf Hacıyev, redaktor

20:22 - 12 May, 2016

Lyuis Həmilton 2017-ci il qaydaları ilə bağlı mənfi rəylər bildirir, amma britaniyalı ümid edir ki, bu sözlərində haqsız çıxar…

F-1.az xatırladır ki, Lyuis daha əvvəl bildirmişdi ki, 2017-ci ildən etibarən istifadə ediləcək enli təkərlər və daha artıq asfalta yatma qüvvəsi yarışları maraqsız edəcək və ötmə etmək qeyri-mümkün olacaq.

Qeyd edək ki, mövsümün əvvəlində Formula1 ələnmə tərzli sıralanma turu formatına keçmişdi. Amma bu format uğursuz oldu və komanda rəhbərləri səs çoxluğu ilə əvvəlki sırlanma turu formatına qayıtdılar. Lyuis Həmilton qorxur ki, 2017-ci ildəki qaydaları da eyni aqibət gözləyir.

Lyuis Həmilton: “Dediklərim barədə diqqətli olmaq istəyirəm, amma bu heç də yaxşı deyil. Çalışacayıq ki, əlimizdən gələni edək və bilirəm ki, komanda mükəmməl iş görəcək.

Bəzi şeyləri dəyişdiririsiniz və bilirsiniz ki, bunun heç bir fərqi olmayacaq. Ümid edirəm ki, mən səhv olaram və sıralanma turu kimi uğursuz dəyişiklik olmaz.

Səhv çıxmaq istəyirəm, çünki belə olmasa, 3 il də elə yarışmaq məcburiyyətində qalacayıq və bu, həm azarkeşlər üçün, həm də bizim üçün heç də yaxşı olmayacaq”.

Qeyd edək ki, Həmiltonun komanda yoldaşı Niko Rosberq keçən ay bildirmişdi ki, yeni qaydalar yarışlara həyəcan gətirməyəcək. Almaniyalı sürücü bildirmişdi ki, artıq asfalta yatma qüvvəsi ötmələri çətinləşdirəcək və əlavə etmişdi ki, Formula1 səhv addım atır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 326
Teqlər , ,
Paylaş

logo