K.Sayns: Əlimiz bağlanmışdı

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, təkərlər tez yeyildiyi üçün strategiya seçmək mümkün olmayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 5-ci yerdən başlasa da, təkərlər tez yeyildiyi üçün bütün rəqibləri onu keçib. Nəticədə 11-ci olan ispaniyalı sürücü bu il ikinci dəfə xalsız qalıb.

Karlos Sayns: “Bir şey səhv gedirdi. Bəzi yarışlarda ön təkərlərdə yeyilmə yaşadıq və bu problem bizdə rəqiblərimizdən daha çox idi. Sıralanma turunda yarım saniyə üstün olduğumuz maşınlar, yarışda bizdən iki saniyə üstün idi. Təkərlərlə bağlı problemimiz var və bunu təkmilləşdirməliyik. Yeyilmə çox olduğu üçün strategiyada da əlimiz bağlanmışdı.Tempimiz də çox zəif idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*