Ş.Lekler: Rəqiblərimiz bu gün güclənəcək

Ferrari komandasının sürücüsü Şarl Lekler düşünür ki, rəqiblər real potensialını şənbə günü göstərəcəklər.

F-1.az xatırladır ki, monakolu sürücü Sinqapurdakı cümə sərbəst yürüşlərində hamıdan sürətli olub və hamını təəccübləndirib.

Şarl Lekler: “Bu performansa əlbəttə təəccübləndik, amma arxayınlaşmaq olmaz. Hələ cümə günündəyik və rəqiblərimiz potensiallarını yavaş-yavaş göstərəcəklər. Buna görə arxayınlaşmaq olmaz. Lakin cümə günü bu performansı gözləmirdik.

Həftəsonuna yeni başlamışıq, amma işimizə köklənməliyik. Ümid edirəm ki, şənbə günü də eynisini təkrarlayarıq.

Boliddə özümü yaxşı hiss edirdim. Startdan sonra hər şey yaxşı idi və hər şey çətinlik çəkdiyim Montsadan qat-qat yaxşı idi. Orada cümə günü maşını sürmək çox çətin idi, amma bundan dərs çıxardıq. Burada isə başqa yola əl atdıq və balans çox yaxşı idi. Dəyişikliklərdən çox razıyam. Həftəsonuna belə cümə günü ilə başlamaq çox gözəldir. Lakin şənbə günü daha bir addım atmalıyıq. Hazırda buna köklənmişik. Görək nə edirik”.

Şarl Lekler bildirib ki, trasdakı şəraitə görə işləri heç də asan olmayıb: “Bu, doğrudan da çox çətin idi.

Bir çox səbəbə görə Sinqapurda dövrəni bir araya gətirmək çox çətindir. Hava onsuz da istidir. Buna görə təkərlər dəli kimi qızır. İlk sektordan son sektora qədər maşın stabil qalmır. Davamlı dəyişir. Buna görə hər şeyə çox tez uyğunlaşmalıyıq.

Lakin bu tras təqvimdəki ən çox sevdiyim traslardan biridir. Buna görə də gecə daha aşağı yanacaq yükü ilə sürəcəyimiz sıralanma turunu səbirsizliklə gözləyirik. Həmişəki kimi limitlərdə sürəcəm.

Burada bizi çox yaxın mübarizə gözləyir. Ancaq şənbə günü rəqiblərimizin daha sürətli olacağlnı gözləyirəm. Ümid edirəm ki, sonda pis sürprizlə qarşılaşmarıq. Hər şey hələlik çox yaxşı görünür”.

Qeyd edək ki, bu il bütün yarışların hamısını Red Bull qazanıb. Ferrari komandası burada poul qazanaraq, bu seriyaya son vermək üçün əla fürsət yaxalaya bilər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*