Fettelin yerinə 3 namizəd var

F-1.az La Gazetta dello Sport-a isitinadən bildirir ki, əgər Fettel Ferrari ilə yeni müqavilə imzalamazsa, onu əvəzləyəcək 3 namizəd var.

Bu sürücülər Daniel Rikkardo, Karlos Sayns və Antonio Covinatsidir. Hər üçünün indiki komandaları ilə müqavilələri bu ilin sonunda başa çatır.

Ferrari və Fettel yeni müqaviləni müzakirə edirlər, lakin hələ ki, razılıq əldə olunmayıb. Alman sürücü ikiillik müqavilə tələb edir, italyanlar isə ona birillik müqavilə və Leklerlə eyni miqdarda – 10 milyon dollar maaş təklif edirlər.

Sebastyan keçən həftə bildirmişdi ki, hər şey mövsümün startına qədər məlum olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*