S.Fettel Rusiya yarışına qatılmayacaq

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Rusiya Qran Prisində iştirak etməyəcək.

F-1.az xatırladır ki, Rusiya Ukraynaya qarşı hücuma keçib və bundan sonra Formula1 rəhbərliyi o zonanı nəzarətdə saxlamağa başlayıb.

Sebastyan Fettel: “Səhər duranda bəzi xəbərlər gördüm və şoka düşdüm. Hadisələr çox qorxuludur. Təqvimdə isə Rusiya yarışı var. Mən ora getməyəcəm. O ölkədə yarışmaq düzgün deyil. İnsanlara görə məyus oluram. Günahsız adamlar dəlisov liderliyə görə canlarından olurlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*