Ş.Lekler: Ən pis yarışımız idi

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, mövsümün ən pis yarışını keçiriblər.

F-1.az xatırladır ki, monakolu sürücü yarışı 6-cı bitirib və Mercedes-lə Red Bull-un tempinə çata bilməyib.

Şarl Lekler: “Bilirdim ki, çətin olacaq, amma bu qədər yox… Çox çətinlik çəkdim. Mercedes və Red Bull-dan yavaş idik. Analiz aparmalıyıq. Yarışı çox tək keçirdik. Düzünü desəm, əlimdən heç nə gəlmirdi. Karlosun göstərdiyi performans maksimum idi”.

, , ,