K.Sayns: Gözlədiyimdən stressli idi

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, sıralanma turundakı performansından razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Meksikadakı sıralanma turunda 6-cı yeri tutub.

Karlos Sayns: “Sessiya gözlədiyimdən stressli keçdi. Hər şey çox qarışıq idi. Birinci sessiyada boliddəki hissiyatı itirdim. Medium təkərlə heç nə hiss etmirdim. Buna görə də son sessiyaya qədər təmiz dövrə vura bilmədim. O dövrədə belə qeyri-stabil idim. Finiş xəttini keçəndən sonra 10-cu yerdə olmağımı gözləyirdim, lakin mühəndisim mənə 6-cı yeri tutduğumu dedi. Çox sevindim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*