A.Prost: “2018-ci il Ferrari-nindir”

Formula1 üzrə dördqat Dünya Çempionu Alen Prost bildirib ki, 2018-ci il Ferrari-nin mövsümü ola bilər.

F-1.az xatırladır ki, qırmızılar ilk 4 yarışın ikisində qalib gəliblər və 3 dəfə poul qazanıblar.

Alen Prost: “Keçən il reqlamentdə dəyişiklik olanda demişdim ki, Ferrari bundan istifadə edə bilməyəcək. Belə görünür ki, yanılmışam. Qış testlərində Mercedes və Red Bull güclü görünürdülər. Amma Ferrari təkəri istifadə etməkdə daha güclü olduğunu göstərdi. Eyni zamanda Rəykkönenin də güclü performansı onlara kömək edir. Məncə, bu il Ferrari çempion olacaq. Məncə, mühərrikləri şassiyə nisbətən çox inkişaf edib. Ferrari və Red Bull-un sürücüləri hamıya qarşı rahatlıqla mübarizə apara bilərlər. Həmiltonun isə işi daha çətindir. O, həmişə bir nəfərə qarşı mübarizə aparıb. İndi isə 4-5 rəqibi var və bu, bizim üçün həyəcanvericidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*