Ş.Lekler dərs çıxarıb

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, keçən il Saynsa uduzmasından dərs çıxarıb.

F-1.az xatırladır ki, Karlos Sayns keçən il Ferrari-yə gəlmiş və Şarl Lekleri həm podium, həm də xal sayında qabaqlamışdı.

Şarl Lekler: “Bu barədə danışdıq. Bu il də komandanın ziyanına olmadığı halda, sərbəst yarışacğıq. Keçən il Karlosa uduzduğum üçün məyusam, amma bundan dərs çıxardım. Artıq yeni mövsümə fokuslanmaq vaxtıdır. Boliddən maksimumu almağa çalışacam.

Dünya Çempionu olmaq üçün buradayıq. Hər trasda qələbə şansımız olacaq. Yeni Ferrari-ni sevdim. Bu il ən cəsarətli konsept bizdədir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*