20 Noyabr 2019, Çərşənbə - 06:15

Ferrari Qalxan sisteminin testlərinə hazırlaşır

Ferrari Qalxan sisteminin testlərinə hazırlaşır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:12 - 13 İyul, 2017

Planlaşdırıldığı kimi, sabah cümə sərbəst yürüşlərinin ilk sessiyasında Sebastyan Fettel sürücünün başının yeni müdafiə sistemini – Qalxan (Shield) sistemini yoxlayacaq – gələn ildən sistem çempionat iştirakçıları üçün məcburi ola bilər.

F-1.az bildirir ki, bu gün Ferrari-nin bokslarında yeni sistem maşına quraşdırılıb, Sebastyan kokpitdə oturub ki, indidən sistemə öyrəşsin. Sabah almaniyalı sürücü sistemlə bir neçə dövrə vuracaq.

Sebastyan Fettel: “Sabah bu sistemlə trasa çıxacam, baxaq görək, neçə dövrə vura biləcəm. Hər şey təəssüratdan asılı olacaq”.

Kimi Rəykkönen də boksda sistem quraşdırılmış maşını maraqla izləyib, hətta sistemin şəffaflığını belə yoxlayıb. Digər komandaların sürücüləri isə sistemi növbəti yarışlarda yoxlayacaqlar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 658
Teqlər , ,
Paylaş

logo