S.Fettel: “İlk 3 komanda bir-birinə çox yaxındır”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Macarıstanda ilk üçlükdəki komandalar arasında çox yaxın mübarizə olacaq.

F-1.az xatırladır ki, Hunqarorinqdə cümə sərbəst yürüşlərində ilk 3 komanda arasında cəmi 0.5 saniyə fərq olub.

Sebastyan Fettel: “Çox yaxın görünürük. Gözləntiləri müəyyən etmək həmişə çətindir, çünki cümə günləri həmişə fərqli ssenarilər izləyirik. Amma öndəki komandalar bir-birilərinə yaxın görünürlər. Buna görə də gün əyləncəli keçməlidir.

Səhər ritm tutdurmaqda çətinlik çəksək də, nahardan sonra hər şey yaxşı idi. Boliddə bəzi dəyişikliklər etdik. Buna görə də nə etməli olduğumuzu bilirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*