S.Fettel: “Mövsüm istədiyim kimi olmadı”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, 2019-cu il mövsümü istədiyi kimi keçməyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü bu il hər sahədə debütant komanda yoldaşı Şarl Leklerdən geridə qalıb. Dördqat Dünya Çempionu sonuncu Əbi Dabi Qran Prisində beşinci yeri tutaraq, mövsümü minor notlarla bitirib.

Sebastyan Fettel: “Mövsüm istədiyimiz kimi getmədi. Məncə, səbəbləri məlumdur. Gələn il bu səhvləri təkrar etməməli və yaxşı performans göstərməliyik. Komanda olaraq daha güclü olmalıyıq. Mən də daha güclü olmalıyam. Bu il mənimçün pis keçdi. Amma lap pis deyə bilmərəm, çünki problemlər var idi. Gələnilki hədəfim inkişaf etməkdir. Ümid edirəm ki, gələn il bolidimiz daha güclü olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*