F.Massa: Lekler səbirli olmalıdır

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Şarl Lekler Ferrari-ni açıq formada tənqid etməməlidir.

F-1.az xatırladır ki, Ferrari son yarışlarda taktika cəhətdən çox səhv edir və Lekler bunun əziyyətini çəkir.

Felipe Massa: “Şarl baş verənlərə görə narazıdır, amma səbirli olmalıdır. İndi dava çıxarsa, heç kəsə faydası olmaz. Şarl Fransada etdiyi səhvlə böyük xallar itirdi və bunu unurmamalıdırlar. Səbirli olmalısınız və səhv olsa da, vəziyyəti peşəkar şəkildə idarə etməlisiniz. Ferrari səhvlər etsə də, narazılığınızı açıq formada deməməlisiniz, çünki bunun faydası yoxdur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*