Ferrari yenilik gətirməyə tələsmir

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Mayami yarışına elə də böyük yenilik gətirməyəcəklər.

F-1.az xatırladır ki, Ferrari mövsüm başlayandan hələ də yenilik gətirməyib. “Qırmızılar”ın əsas yenilikləri Mayami ya da Barselona yarışına gətirəcəyi düşünülürdü. Amma komandanın rəhbəri Binotto bunu təkzib edib.

Mattia Binotto: “Mayamiyə ciddi yeniliklərlə gəlməyəcəyik. Ancaq maşında bir neçə yeni detal olacaq. Bunun səbəbi isə Mayaminin indiyə kimi yarışacağımız ən sürətli tras olmasıdır. Asfaltayatma gücünü artırmaq üçün fərqli şeylərdən istifadə edəcəyik. Oraya aparacağımız aerodinamik paketin bizə kömək edəcəyinə inanıram.

Red Bull-un da asfaltayatma qüvvəsi yaxşıdır və bilirik ki, güclü olacaqlar. Biz həm də dalğalanma problemi üzərində işləyirik. Bizdə dalğalanma Red Bull-dan çoxdur. Bunu düzəltməliyik. Mayami üçün əsas hədəf budur. Vacib yeniliklər isə tezliklə gələcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*