F.Alonso: “Geridə qalmağımızın səbəbini bilirik”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, üçüncü sərbəst yürüşlərdəki performansını sıralanma turunda təkrarlaya bilməyib.

F-1.az xatrıladır ki, ispaniyalı sürücü Bəhreyndə sıralanma turunda 13-cü yeri tutub.

Fernando Alonso: “Bizim üçün yaxşı sıralanma turu olmadı. Bu qədər zəif performans gözləmirdik. İkinci sessiyaya çətinliklə keçdik. Orada da 13-cü və 14-cü yerləri tutduq – bu yerləri gözləmirdik. Amma yarış tempində güclü idik və vəziyyəti xeyrimizə dəyişə bilərik.

Zəif performansın səbəbini bilirik. Zəif və güclü tərəflərimizdən xəbərdarıq. Yeniliklər hesabına zəif yönlərimiz aradan qalxacaq. Təkər yeyilməsi çoxdur və etibarlılıq problemi var. Düzgün strategiya seçməliyik. Təkər seçimində sərbəst olacağıq. Bu, bizə kömək edə bilər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*