Braziliya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, İnterlaqos trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, hələ 2012-ci ildə Braziliya Qran Prisi ilə müqaviləni uzadarkən Berni Ekklstoun təşkilatçılar qarşısında avtodromun modernizə olunması şərtini qoymuşdu. Yenidənqurma işləri bir neçə il davam edib. İki il əvvəl trasa yeni asfalt qatı döşənilmişdi, keçən il isə paddok genişləndirilməklə böyük ofis kompleksi tikilmişdi. Bu il 60 milyon dollarlıq modernizə proqramı tam başa çatıb.

Keçən illə müqayisədə trasda ciddi dəyişiklik olmasa da, əlavə bokslar tikilib və yarışın yeni idarəetmə mərkəzi istifadəyə verilib.

Keçən il olduğu kimi, sürücülər trasın iki hissəsində arxa qanadın hərəkətli elementinin vəziyyətini dəyişə biləcəklər. Birinci zonanın deteksiya nöqtəsi ikinci döngənin apeksində, aktivasiya nöqtəsi isə üçüncü döngədən 20 metr sonra yerləşir. İkinci zonanın deteksiya nöqtəsi 13-cü döngədən 20 metr sonra, akstivasiya nöqtəsi isə 15-ci döngədən 60 metr sonra yerləşir.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*