Braziliya-2016: Həftəsonuna ilkin hava proqnozu

Bu həftəsonu baş tutacaq Qran Pri üçün yerli meteoroloqlar ilkin hava proqnozunu elan ediblər – onlar dəyişkən hava şəraiti vəd edirlər.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günündən bazar gününə qədər hava buludlu olacaq və yağış gözlənilir. Temperatur +21 dərəcədən +27 dərəcəyə qədər olacaq. Yağışın yağma ehtimalı cümə günü üçün 80% olduğu halda, şənbə və bazar günləri üçün 20%-dən çox deyil.

Xatırladaq ki, keçən il burada sərbəst yürüşlərin ikinci sessiyası istisna olmaqla, bütün sessiyalar quru havada baş tutmuşdu…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*