L.Həmilton: Elə bil ilk dəfə qazanıram

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Braziliyada ilk dəfə qazanmış kimi hiss edib.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 10-cu yerdən başlasa da, startdan etibarən hücum rejimində olub. Yarışın 19-cu dövrəsində 2-ci olan yeddiqat Dünya Çempionu 59-cu dövrədə Ferstappeni keçərək, karyerasındakı 101-ci qələbəni qazanıb.

Lyuis Həmilton: “Gözəl yarış idi. Komanda əla işlədi. Valtteri də yaxşı idi. Bacardığım qədər yaxşı sürdüm. Əvvəl axırıncı yerdən başladım və sonra startda 5 yer itirdim. Çətin həftəsonu idi. Atam mənə 2004-cüili xatırlatdı. Bəhreyndə F3 yarışında idim. İlk yarışa üçüncü yerdən başladım və 10-cu oldum. Daha sonra isə 1-ci oldum. Bu qələbəni atama həsr edirəm.

Bura gələrkən aradakı xal fərqini bağlamağı düşünmürdüm. Hər şey bizə qarşı idi, amma heç vax t təslim olmayın və mübarizə aparın. Mən də belə etdim. Elə bil ilk qələbəmi qazanmışam, çünki uzun müddət idi ki, yarış qazanmırdım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*