N.Rosberqin hədəfi qələbədir

Braziliya QP-nin sıralanma turunda ikinci yeri tutan Niko Rosberq sabahkı yarışı qazanaraq, çempionluğu təmin etmək istəyir.

F-1.az xatırladır ki, Rosberq sonuncu sessiyadakı son dövrəsində ilk iki sektorda Həmiltondan sürətli olsa da, son sektorda səhv etdiyi üçün poulu əldən verib.

Niko Rosberq: “Çox həyəcanverici sıralanma turu oldu. Doğrudan da, çox yaxın idik. Amma Lyuis son sektorda yaxşı nəticə göstərərk, poul qazandı. Mənim dövrəm əla idi, amma poulu qazana bilmədim. Artıq yarışa fokuslanmalıyam.

Bu il bir neçə dəfə pouldan başlayan sürücünün qələbə qazana bilmədiyini gördük. Buna görə də sabahkı yarış barədə müsbət yönlü düşünürəm, Qalib gəlmək üçün hər şeyə cəhd edəcəm.

Sabahkı hava şəraitinə görə çoxlu sual işarələri var. Quru və ya yağışlı olsun, fərqi yoxdur. Yarışın həyəcanlı olacağından əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*