F.Montanyi: “Rosberq çempionluğu itirdi”

Sabiq Formula1 sürücüsü Frank Montanyi bildirib ki, Rosberqin Almaniyada qazana bilməməsinin səbəbi onun psixoloji cəhətdən çökməsidir..

F-1.az xatırladır ki, Rosberq yarışdan əvvəlki bütün seanslarda lider idi, amma yarışa pis start verdi və finiş xəttini 4-cü yerdə keçdi.

Frank Montanyi: “Məncə, Rosberq çempionluğu əldən verdi. O yay tətilindən həzz ala bilməyəcək. Həll yolları axtaracaq və mühəndisləri ilə söhbət edəcək. Dincələ bilməyəcək. Həmilton isə bu tətildən sonra üstünlüyünü artıra bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*