T.Volff: Honda-dan geridəyik

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, mühərrik cəhətdən Honda-dan geridə qalırlar.

F-1.az xatırladır ki, mövsümün ilk iki yarışında Mercedes və Red Bull hərəyə 1 poul və 1 qələbə qazanıblar. “Qırmızı Öküzlər” sıralanma tempində, Mercedes isə yarış tempində güclü görünür.

Toto Volff: “Bolidimiz hələ də geridədir. Əgər İmolada Maks yaxşı dövrə vursaydı, ondan 0.2-0.3 saniyə geri qalardıq. Bolidimiz yağışda və quruyan trasda güclü görünürdü. Vaxt keçdikcə maşınımızı daha yaxşı tanıyırıq, ancaq məlumatlara baxanda görürük ki, güc qurğumuz Honda-dan geridədir. Yarışda güclüyük. Sıralanma performansımızı artırmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*