M.Ferstappen Rikkardonu təəccübləndirib

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Maks Ferstappenlə müqavilənin uzadılmasına görə təəccüblənib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 2020-ci ilin sonuna qədər Red Bull komandası ilə müqavilə bağlayıb.

Daniel Rikkardo: “Maksın komandada xoşbəxt olduğunu bilirəm. Buna görə də komandada qalmaq istəməsinə təəccüblənmədim. Amma açıqlama çox tez oldu.

Maksın müqavilə uzatmasında əsas amil özünün və menecer atasının komandaya olan güvənidir. Buna görə də komandanın gələn il üçün özünə olan inamı artacaq.

Gələn ilin sonuna qədər buradayam. Bəlkı, daha çox ola bilər, amma müqavilə ilə bağlı açıqlama Maksdakı kimi tez olmayacaq. Hələ vaxt var və buna görə də tələsik qərar vermək lazım deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*