R.Şumaxerin favoriti Ferstappendir

Sabiq Formula1 sürücüsü Ralf Şumaxer bildirib ki, Maks Ferstappenin çempion olmasını daha çox istəyir

F-1.az xatırladır ki, Maks Ferstappen və Lyuis Həmilton mövsümün sonuncu yarışı Əbu Dabiyə bərabər xallarla gedirlər.

Ralf Şumaxer: “Çempionluq uğrunda mübarizə onların hesabına son yarışa qədər davam edir. İkisinin də qalib olmasını istəyərəm, amma Ferstappen xarakter cəhətdən mənə daha yaxındır. Öz tərzi var. Gənc idmançıdır və tez öyrənir. Red Bull da uzun illərdir ki, çempion ola bilmir. Maksın da titulu yoxdur. Buna görə onlar layiqdirlər.

Maksın 24 yaşı olsa da, hər şeyi nəzarətdə saxlayır və hər döngədə maksimumu əldə edir. Lyuis isə bəzən komandasından kömək istəyir. Heyif ki, Maksın maşını Mercedes-dən zəifdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*