H.Marko: Mik qurban oldu

Red Bull-un idman məsləhətçisi hesab edir ki, gənc alman sürücü Avstriya komandası və Mercedes arasındakı siyası müharibənin qurbanıdır.

F-1.az xəbər verir ki, Marko Mikin keçən ilin axırlarında Haas-dan ayrıldıqdan sonra Toto Volff tərəfindən AlphaTauri-nin maşınlarından birinin sükanı arxasına otdurulması cəhdinin niyə rədd edildiyindən danışıb.

Helmut Marko: “İclasların birində bu barədə danışıldı. Cənab Toto Volfun bu təklifi verməsi və eyni zamanda FİA-da bizə qarşı açıq siyasi oyunlar oynanılması çox axmaqlıq idi. Təbii ki, mövzu dərhal gündəmdən çıxarıldı. Mik bütün bunların qurbanı oldu.

Niyə Şumaxeri dəvət etməliydik? O, Mercedes-ə məxsusdur, Volff ona cavabdehdir. Əgər Mik haqqında bu qədər yüksək fikirdədirsə, niyə onu komandasının maşınına mindirməsin? Yoxsa niyə öz təsirindən istifadə edib müştəri komandasına göndərmir? Məsələn, Williams buna nümunədir”.

Xatırladaq ki, Şumaxer hazırda Mercedes-in ehtiyat pilotudur və komanda üçün simulyatorda işləyir. Totonun onun üçün komanda axtarması, hətta Loqan Sarcentin yerinə göndərmək cəhdləri barədə də mətbuatda yazılar çıxıb.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*