P.Zauber komandadakı payını satır?

Sauber komandasının son illərdə üzləşdiyi maddi problemlər bu il daha da dərinləşib. Maaşları ödəməkdə çətinlik çəkən komanda bir neçə gün əvvəl Silverstounda keçirilən mövsümiçi son testlərə də qoşulmamışdı.

F-1.az MotorSport jurnalına istinadən xəbər verir ki, İsveçin Tetra Pak şirkəti komandanın səhmlərini almağı qəbul edib. Qida qablaşdırması üzrə ixtisaslaşmış şirkət həm də komandanın sürücüsü Markus Erikssona sponsorluq edir. İddialara görə, alqı-satqı məsələsi artıq son mərhələdədir və komandanın qurucusu Peter Zauber öz payını satmağa hazırlaşır. Əgər bu baş verərsə, Peter Zauber və Monişa Kaltenbornun mövsümün sonuna qədər komandadakı vəzifələrini davam etdirəcəkləri bildirilir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*