M.Kaltenborn: “Toro Rosso ilə qərarımız eyni deyil”

Sauber komandasının rəhbəri Monişa Kaltenborn bildirib ki, onların 2017-ci ildə bir il əvvəlki mühərriklə yarışmaq qərarı Toro Rosso-nun qərarı ilə eyni deyil.

F-1.az xatırladır ki, Toro Rosso bu il 2015-ci ilin mühərriyi ilə yarışmış və mövsümün ikinci yarısında rəqiblərindən geri qalmışdı. Sauber komandası gələn il Toro Rosso ilə oxşar addımı ataraq builki Ferrari mühərriyi ilə yarışacaq. Toro Rosso komandasından Karlos Sayns və Frants Tost Sauber komandasının bu addımını tənqid etmişdi.

Monişa Kaltenborn: “Bu iki halı müqayisə etmək mümkün deyil. Toro Rosso-nun səbəbini tam olaraq bilmirəm, amma təcrübələrimizə görə bunun bir səbəbi olmur. Daha çox səbəbi olur.

Biz sürücülərimizə bu barədə məlumat verdik. Şassidə olan inkişafı onlara göstərdik. Hər iki sürücümüzün də fikirlərini aldıq. Bu qərarın səbəbini bilirlər və bu, maddiyyata görə alınmış qərar deyil”

Gələn il mühərriklərin inkişafı ilə bağlı şərti ballar ləğv edilsə də, Kaltenborn mühərriklərin çox inkişaf edəcəyini düşünmür: “Bir dəyərləndirmə versəm, deyə bilərəm ki, heç kim şərti balların hamısından istifadə etmir və ya hamısından istifadə edənlər istədikləri nəticəni ala bilmirlər.

Təbii ki, şərti ballardan istifadə edib, sürətlənə bilərsiniz, amma 2-3 yenilik ilə irəliyə doğru addım ata bilməzsiniz.

Gələn il şərti bal sistemi götürülsə də, avadanlıq və minimum ağırlıqlar daxil olmaqla, çoxlu limitlər olacaq. Bundan başqa gələn il bir mühərrik az istifadə etməliyik. Bundan başqa, mühərrik istehsalçıları performansdan çox dözümlülüyə fokuslanacaqlar. Mercedes-ə baxın. Etibarlı mühərrik düzəldə bilmədilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*