G.Ştayner: “Xal qazanmaq istəmək təkəbbürlük deyil”

Formula1-in yeni komandası olan Haas-ın hədəfi ilk mövsümdə xal almaqdır.

F-1.az xəbər verir ki, Dallara şassili, Ferrari mühərrikli komanda Formula1-ə iddialı gəlir.

Günter Ştayner: “Hədəfimiz ilk ildə xal almaqdır. Bu hədəfi seçməyimiz çoxlarına qəribə gələ bilər. Ən başdan biz bəzi şeyləri bacardığımızı göstərmək istəyirik. Hələ də etməli olduğumuz şeylər var.

Formula1-ə gələrkən tələsmədik. Çalışdıq ki, tam hazırlaşa bilək. Lazımi vaxtlarda lazım olan sərmayələri qoyduq. Amma Formula1-də hər şey bir anda hazır olmur. İki il hazırlaşmışıq amma, bu da kifayət etmir. İlk 18 ay ərzində son 6 ayda nələr etməli olduğumuzu, nələr edə biləcəyimizi düşündük və son dövrdə bunları həyata keçirdik.

Ən böyük hədəfimiz insanların hörmətini qazanmaqdır. Bunu da yaxşı nəticələr göstərərək əldə edə bilərik. Podiuma yüksəlməkdən bəhs etmirəm. Amma gözləntilərimiz var. Əsas məqsədimiz komanda şəklində işləməkdir. Maşın üzərində çox əmək sərf etmişik, amma Avstraliyaya qədər hansı vəziyyətdə olduğunu tam şəkildə bilməyəcəyik…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*