Hülkenberq də pit-leyndən start alacaq

Azərbaycan Qran Prisi başlamazdan əvvəl Haas komandası Niko Hülkenberqin bolidinin asma parametrlərini dəyişib.

F-1.az xəbər verir ki, bunun üçün mexaniklər qapalı park qaydasını pozmalı olublar. Nəticədə sürücü cərimələnib və yarışa pit-leyndən başlayacaq.

Xatırladaq ki, cümə günü sıralanma turunda Niko 17-ci yeri tutub və şənbə günü sprintdən sonra arxa təkərlərdə aşınmanın artmasından şikayətlənib. Çox güman ki, asma parametrlərində dəyişiklik komandanın təkər aşınması ilə bağlı problemləri həll etmək cəhdi ilə bağlıdır.
, ,