N.Hülkenberq: “Stroll yarışımı məhv etdi”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Çin yarışının əvvəlində pitə gedərək keçid təkərlərdən Soft təkərlərə keçməkdə səhv ediblər.

F-1.az xatırladır ki, Niko Hülkenberq virtual təhlükəsizlik avtomobilindən əvvəl pitə girərək Soft təkərlərə keçib, amma almaniyalı sürücü pitdən çıxan kimi Ləns Stroll çınqıllı sahəyə çıxmış və virtual təhlükəsizlik avtomobili rejimindən istifadə edən digər sürücülər Hülkenberqi qabaqlayıblar.

Bundan başqa almaniyalı sürücü həm virtual, həm də real təhlükəsizlik avtomobili rejimində ötmələr edərək 15 saniyə cəza alıb.

Niko Hülkenberq: “Yarışın əvvəlində Soft təkərlərə keçərək risk etmək istədik, amma işə yaramadı. Pitdən çıxan kimi Stroll qəza etdi və buna görə də virtual təhlükəsizlik avtomobili rejimi başlandı. Bundan sonra işlər bizim üçün pisləşdi. Təkərləri də qızdıra bilmədik və hər şey tərsinə döndü. Daha sonra isə asfaltla ilişməni təmiz itirdiyim üçün bir neçə dəfə yerimdə fırlandım. Heyif ki, bizim üçün pis gün oldu. Sıralanma turunda sürətimiz yaxşı olsa da, buna görə xallar qazana bilmədik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*