N.Hülkenberq: “Boş yerə pit-stop etdim”

Force İndia komandasının sürücüləri Niko Hülkenberq və Serxio Peres bildiriblər ki, qırmızı bayraq onların strategiyalarını məhv edib...

F-1.az xatırladır ki, Force İndia komandası qırmızı bayraqdan 1 dövrə əvvəl Peres və Hülkenberqi pitə çağırmışdı və tək pit-stoplu strategiya ilə getməyi planlaşdırmışdı/

Niko Hülkenberq pitə gəlməmişdən əvvəl 7-ci pillədə idi. Qırmızı bayraqlardan sonra isə 10-cu yerə qədər gerilədi və yarışı 7-ci pillədə bitirə bildi.

Niko Hülkünberq bildirib ki, yarışın təzədən başlanması onlara zərər verib: “Məncə, qırmızı bayraq bizim strategiyanı məhv elədi, çünki boş yerə pit-stop etməli olduq.

Daha sonra isə Qrojanın arxasında ilişib, qaldım. Keçə bilmədim”.

Serxio Peres isə yarışa daha yaxşı başlayıb, amma yarışın sonunda həm təkərlərlə, həm də əyləclərlə bağlı problem yaşayıb və 13-cü yeri tutub. Peres aldığı nəticəyə görə məyus olduğunu deyib: “Bu yarışdan xal ala bilmədim, ona görə də məyusam. Bəzi sürücülərin arxasında çox ilişib, qaldım və onların bolidlərindən gələn çirkli hava təkərlərimi pis günə qoydu.

Qırmızı bayraqlardan sonra isə SuperSoft təkərlə yarışan Battonu keçməli oldum və yenə eyni problemlərlə üzləşdim.

Uzun sözün qısası, trafikə görə təkərlərimi və əyləci yaxşı istifadə edə bilmədim və xalsız qaldım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*