Haas komandasının başı bəladan qurtulmur

Haas komandası testlərin ilk gününü buraxa bilər

F-1.az xəbər verir ki, bu ay başlayanı komanda əsas titul sponsorundan, əsas sürücülərindən birindən imtina etməli olub. Bir az əvvəl isə məlum olub ki, komanda Bəhreyn testlərinin ilk gününü buraxa bilər.

Belə ki, komanda hələ Britaniyadan çıxa bilməyib – FİA komandalar üçün ayrıdığı və Haas-ın payına düşən beş təyyarədə biri hələ İstanbuldadır və nasazlıq üzündən Britaniyaya uça bilməyib.

Digər komandaların maşın və avadanlıqları artıq Bəhreyndədir. FİA testlərin ilk günü bütün 10 maşının təqdimat şousu keçirməyi planlaşdırır, ona görə də maşınlardan birinin orada olmaması planları puç edir. FİA da hazırda əlindən gələni edir ki, komanda testlərə vaxtında çata bilsin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*