E.Qutyerres: “Qayıdışım zəif olmayacaq”

Formula1-in yeni komandası Haas-a keçən Esteban Qutyerres 2015-ci ili test pilotu kimi kənarda keçirməsinin qarşıdakı mövsümdə çıxışına təsir etməyəcəyini düşünür.

F-1.az xəbər verir ki, meksikalı pilot 2013-cü və 2014-cü illərdə Sauber-də çıxış etmiş, 38 yarışda cəmi bir dəfə, Yaponiya Qran Prisində xal qazana bilmişdi.

Güclü sponsorları olan meksikalı pilot bu mövsüm Haas-da Roman Qrojanın komanda yoldaşı olacaq.

Esteban Qutyerres: “Əlimdən gəldiyi qədər yaxşı hazırlaşmışam. Birillik fasilədən sonra yenidən yarışlara qayıtmağımda heç bir problem olmayacağına əminəm. Haas-ın layihəsinə güvənirəm. Bu yaxşı fürsətdir və bundan istifadə etməliyəm. Bu il olmasa da, gələn il qələbələr qazanmaq istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*