12 Dekabr 2019, Cümə axşamı - 21:02

E.Qutyerres 11-ci olmaqdan bezib

E.Qutyerres 11-ci olmaqdan bezib

Müəllif: Rauf Hacıyev, redaktor

16:50 - 22 Sentyabr, 2016

Bu mövsüm keçirilən 15 yarışın 5-də 11-ci yeri tutan Esteban Qutyerres bu yeri tutmaqdan bezdiyini bildirib…

F-1.az xatırladır ki, meksikalı sürücü bu mövsüm bəzi yarışlarda yaxşı performans göstərsə də, hələ də xal qazana bilməyib. Sinqapurda da 11-ci olan Qutyerres bildirib ki, bu hal artıq onun əsəblərini pozur: “11-ci olmaq çox pisdir. Bunun neçə dəfə baş verdiyini bilmirəm, amma xala bu qədər yaxınlaşmaq mənim güclü olduğumu göstərir. Savaşmaya davam etməliyik və bunu edərkən motivasiyamızı qorumalıyıq. Sinqapurdakı yeniliklərlə uğur qazanmaq asan deyildi. Hər şeyi bir araya gətirməyə çalışdıq. Malayziyada bu yeniliklərdən istifadə edib, daha yaxşı yerlər tutmalıyıq”.

Ştayner də meksikalı sürücü barədə xoş fikirlər səsləndirib: “Esteban üçün yaxşı həftəsonu oldu. O, bu il 5 dəfə 11-ci olub və bu onun güclü performans göstərdiyinə işarədir”.

Qutyerres də artıq özünə inandığını bildirib: “Özümü güclü hiss edirəm. Hər yarış özümə olan inamım artır. Komanda ilə artıq daha yaxşı əlaqə qururam. Onlarla fəxr edirəm. Komanda bütün sahələrdə güclü olmaq üçün əlindən gələni edir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 377
Teqlər , ,
Paylaş

logo