K.Maqnussen: Yaxşı gün deyildi

Haas komandasının sürücüsü Kevin Maqnussen cümə günündən narazı qalıb.

F-1.az xatırladır ki, Bəhreyndə 5-ci olan danimarkalı sürücq, Ciddəyə də yüksək əhval-ruhiyyədə gəlmişdi. Lakin Ciddədə işlər onun istədiyi kimi başlamayıb. Birinci sərbəst yürüşlərdə hidrovlik sızıntısı yaşayan Kevin, ikinci sərbəst yürüşlərdə isə mexaniki problem yaşayıb.

Kevin Maqnussen: “Bolidi sürə bilməmək pis oldu, amma sürdüyüm zaman özümü pis hiss etmirdim. Ümid edirəm ki, üçüncü sərbəst yürüşlərdə hər şey qaydasında gedər. Sıralanma turuna daha çox geribildirimlə getmək çox vacibdir. Mikin topladığı geribildirimlərdən istifadə edə bilərik.

Bunları kənara qoysaq, Ciddə gözəl, sürətli və həyəcanlı trasdır. Buna görə də yenidən teasa çıxmaq üçün səbirsizlənirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*