G.Ştayner: “Əsl F1 bu deyil”

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, hazırkı təkərlər Formula1-ə uyğun deyil.

F-1.az xatırladır ki, Haas komandası bu il təkərlərlə problem yaşadığı üçün istədiyi performansı göstərə bilmir.

Günter Ştayner: “Təkərlərlə mübarizə aparırıq. Bolidimiz güclü olduğu üçün pis haldır. Təkərlərin işləyib-işləmədiyi ilə bağlı danışmamalıyıq. Mənim ağlımdakı Formula1 bu deyil. Bu maşınlar üçün milyonlarla dollar xərcləyirik. Amma təkərlər pis işləyəndə hər şey bərbad olur. Rəqiblərimiz təkərləri işlədə bilir. Buna görə biz də işlətməliyik. Qış testlərində və Avstraliyada sürətli idik. Günahı Pirelli-yə atmaq istəmirəm. Rəqiblərimiz bunu həll etdiyi üçün öz komandama da acıqlanıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*