Sauber yeni maşının təqdimat tarixini açıqlayıb

Komandanın mətbuat xidmətindən bildirilib ki, maşının şəkilləri fevralın 20-də paylaşılacaq.

F-1.az xəbər verir ki, Hinvilldəki bazada Sauber C36 adlandırılan  və bu mövsüm yarışacağı maşın üzərində son işlər görülür. Komandada artıq gələn həftə motoru şassidə işə salmağa ümid edirlər.

Komanda fevralın 22-də Barselonada çəkiliş günü keçirəcək.