Rəsmən: Şumaxer gələn il Haas-da yarışacaq

Əfsanəvi Mixael Şumaxerin oğlu Mik Şumaxer gələn il Haas ilə Formula1-də debüt edəcək.

F-1.az xatırladır ki, Mik Şumaxer 2018-ci ildə Avropa Formula3 seriyasının qalibi olmuşdu. Hazırda isə Formula2-də ən yaxın rəqibini 14 xal qabaqlayaraq, liderlik edir.

Günter Ştayner: “Formula2-də çoxlu istedadlı sürücülər var. Mik bu il yarışlar qazandı və və çoxlu podium əldə etdi. O, Formula1-də yarışmağa layiqdir. Komandanın böyüməsi üçün ilk bünövrəni atırıq. Bu prosesdə Mikin performansını görmək üçün səbirsizlənirəm.

Mik Şumaxer: “Gələn il Formula1 peletonunda olacam və xoşbəxtəm. Sevincdən danışa bilmirəm. Mənə inandıqları üçün Haas və Ferrari komandalarına, Ferrari Sürücü Akademiyasına təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*