N.Hülkenberq: Potensialımız var

Haas komandasının sürücüsü Niko Hülkenberq Ciddədə xalsız qaldığı üçün məyusdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü Ciddədəki yarışa onluqda başlasa da, finişə 12-ci yerdə çatıb və mövsümün ikinci yarışından da xalsız ayrılıb.

Niko Hülkenberq: “Gözəl Ciddədə inanılmaz yarış keçdi. Xal qazanmadığım üçün məyusam, amma komandanın xal qazanmaq potensialı var. Növbəti yarışlara köklənəcəm və Melburn yarışı üçün səbirsizlənirəm”.

,