C.Haas: Hədəf daha çox sabitlikdir

F-1.az bildirir ki, Haas komandasının sahibi 2023-cü il üçün yenilənmiş dizaynı şərh edib və sürücüləri Kevin Maqnussen və Niko Hülkenberqə qarşıdan gələn mövsüm üçün tapşırıq verib.

Cin Haas: “Mən MoneyGram-ı 2023-cü və sonrakı illər üçün titul sponsoru kimi qarşılamaqdan çox məmnunam. MoneyGram Haas F1 Komandası olaraq yeni dizaynımızı görmək xoş oldu. Ötən il komanda güclü nəticələr göstərərək yenidən xal qazanmağa başlayıb. 2023 mövsümü üçün təbii ki, məqsəd daha çox stabillikdir. Şübhə etmirəm ki, Kevin Maqnussen və Niko Hülkenberqin timsalında komandada bazar günləri xal qazanmağa qadir olan təcrübəli sürücülər var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*