G.Ştaynerin test planı nədir?

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, mövsümöncəsi testlərdə əsasən etibarlılıq üzərində işləyəcəklər.

F-1.az xatırladır ki, amerikalılar keçən mövsüm 29 xal toplamış və mövsümü 8-ci yerdə bağlamışdılar. Komandanın bütün xallarını Roman Qrojan toplamış və keçən mövsümün sonunda Haas komandası Esteban Qutyerresi qovmuşdu. Onun əvəzinə isə Kevin Maqnussen komandaya gətirilmişdi.

Günter Ştayner: “İlk testlərdə bütün komandalar etibarlılığa fikir verəcəklər. Komandalar bolidin etibarlılığına əmin olduqdan sonra ikinci testlərdə performansa fikir verəcəklər. Əvvəlcə əmin olmalıyıq ki, hər şey yaxşı işləyir. Hazırkı boliddə hər şey yenidir və nəyin necə işlədiyini görmədən heç nə deyə bilmərik. Bolidi ən yaxşı formada başa düşmək və problemin olmamasına əmin olmaq istəyirik. Keçən il ikinci testlər bizim üçün pis keçmişdi. Bu il bu sahədə özümüzü inkişaf etdirmək istəyirik. Hazırda iki növbədə işləyirik. Gecə növbəsindəkilər gün çıxana qədər işləyirlər. Daha sonra hamı bir yerdə səhər yeməyi yeyirik və daha sonra işçilərdən bir qismi yatmağa, bir qismi isə gündüz növbəsində işləməyə başlayırlar. Bu cür işlədikdən sonra uğursuz olmaq istəmirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*