R.Qrojan: “Təkərlərin üstündə işləyəcəyik”

Roman Qrojan bildirib ki, bu il yarışlarda təkərləri işlətməkdə çətinlik çəkiblər və gələn il bu sahədə inkişaf etmək üçün işləyəcəklər.

F-1.az xatırladır ki, fransalı sürücü Əbu Dabi yarışına 14-cü yerdən başlasa da, finiş xəttini 11-ci yerdə keçib və yarışdan razı qalıb.

Roman Qrojan: “Düşünürəm ki, bu il hamını təəccübləndirdik. Bolid ilin əvvəlindən əla işlədi, amma digərlərinin inkişaf tempinə cavab verə bilmədik. Öndəki 3 güclü komandanı çıxsaq, ən sürətli 3-cü komanda kimi görünürük və bu da çox vacibdir. Gələn il üçün dəyişiləsi çox şey var. Hər şeydən əvvəl təkərlər üzərində işləməliyik. Yay tətilindən sonra istədiyimiz nəticələri ala bilmədik. Buna görə də gələn il üçün çatışmazlıqlarımızı təhlil edib, onların üstündə işləyəcəyik. Amma yenə də mövsüm ərzində limitdə getdik və aldığımız nəticələrə görə sevincliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*