G.Ştayner: İspaniyada hər şey məlum idi

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, bolidin sürətinə təəccüblənib.

F-1.az xatırladır ki, Haas komandası 2020 və 2021-ci illərdə bolidi təkmilləşdirməmiş və bütün resurslarını 2022-ci ildəki yeni reqlamentə saxlamışdı. Amerika komandası bunun hesabına 2022-ci ilin ilk yarışında 5-ci olaraq, bu fədakarlığın bəhrəsini görüb.

Günter Ştayner: “Bolidin potensialını İspaniyada gördük, ancaq orada istədiyimiz qədər sürə bilmədik. 2019-cu ildə İspaniyadakı testlərdə bolidimiz yaxşı görünsə də, mövsümün ilk yarışında geridə qalmışdıq. Bu il isə İspaniyada maşın zəif olsa da, ilk yarışda hər şeyin yaxşı olduğunu gördük”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*