McLaren motor üçün Ferrari-yə müraciət edib?

McLaren növbəti mövsüm üçün müxtəlif variantları nəzərdən keçirməyə davam edir. Komandanın Honda ilə müqaviləsi var, lakin artıq üçüncü ildir ki, bitmək bilməyən problemlər McLaren-i müqaviləni pozmağa və başqa təchizatçı axtarmağa məcbur edir.

F-1.az xəbər verir ki, McLaren-in yenidən Mercedes motorlarına qayıtmasının mümkün olduğu bildirilir, lakin bu, yeganə variant olmaya bilər. La Gazetta dello Sport-un məlumatına görə, McLaren Ferrari-yə 2018-ci ildə komandanı motorla təchiz etməsi üçün müraciət edib. İtalyanlar isə hələ cavab verməyiblər…

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*