25 Avqust 2019, Bazar - 11:26

M.Kaltenborn: “Eriksson qələbə qazanacaq gücdədir”

M.Kaltenborn: “Eriksson qələbə qazanacaq gücdədir”

Müəllif: Rauf Hacıyev, redaktor

06:26 - 24 Yanvar, 2017

Sauber komandasının rəhbəri Monişa Kaltenborn bildirib ki, Markus Eriksson qələbə qazana biləcək potensiala sahibdir.

F-1.az xatırladır ki, isveçli sürücü idmana yeni gələndə etdiyi qəzalara görə gündəmə düşmüşdü.

Amma Eriksson Caterham ilə keçirdiyi ilk mövsümün ikinci yarısında güclü temp tutmuş və Sauber-ə keçdikdən sonra özünü bir az daha təkmilləşdirərək, Nasra çətin anlar yaşatmağa başlamışdı.

İsveçli sürücü son iki mövsümdə Nasrdan geri qalsa da, daha stabil nəticələr göstərib.

Monişa Kaltenborn: “Yarış qazanmaq işinizə fokuslanmaqdan, əlinizə düşən fürsətdən və doğru zamanda doğru yerdə olmaqdan asılıdır. Əgər bunları bir araya gətirsə, niyə də yox?

Göstərdiyi performansdan razıyam. Çox böyük bir addım atdı və əlindən gələn hər şeyi edir. Komandaya yaxşı məlumatlar verir. Görüləcək çox iş var və məncə, özünü bir az da inkişaf etdirə bilər. O yeni şeylər öyrənməyə davam edəcək. Öz limitlərini və onları necə istifadə etməli olduğunu biləcək.

Zehni cəhətdən də inkişaf çox vacibdir. Formula1-də debütantlara qarşı çox mühakimələr olur. Amma o vacib şeylərin üstünə fokuslanmağı öyrəndi. Son yarışlar onun potensialını göstərdi. Çox böyük addım atdı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 060
Teqlər , ,
Paylaş

logo