18 Dekabr 2018, Çərşənbə axşamı - 23:17

Sauber-də növbəti itki baş verib…

Sauber-də növbəti itki baş verib…

Müəllif: Rauf Hacıyev, redaktor

17:29 - 28 Aprel, 2016

Bu il maliyyə böhranı yaşayan Sauber komandasında növbəti itki baş verib. Komandaya 3 ay əvvəl transfer olunan baş yarış mühəndisi Tim Malion da komandadan ayrılacağını deyib…

F-1.az xatırladır ki, Tim Malion Sauber-dən əvvəl Red Bull komandasında işləmişdi və yanvar ayında Sauber-də Campaolo Dallaranı əvəz etmişdi.

Autosport xəbər verib ki, Malion komandadan ayrılacaq və bu xəbər rəsmi olaraq ayın sonunda açıqlanacaq.

Bu Sauber komandasının Mark Smitdən sonra ən böyük ikinci itkisidir. Malion ayrılıq səbəbi olaraq şəxsi məsələləri göstərib.

Felipe Nasrın sabiq yarış mühəndisi Pol Russel müvəqqəti olaraq Malionu əvəz edəcək və komandanın yarış direktoru olacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 432
Teqlər , , , , ,
Paylaş

logo