Sauber komandası testlərə qatılmayacaq

Sauber komandası Barselona testlərində iştirak etməyəcək...

F-1.az xatırladır ki, builki reqlamentə əsasən, komandalar İspaniya Qran Prisindən dərhal sonra Barselonada testlər keçirəcəklər. Bu gün Sauber komandası sosial şəbəkə üzərindən bildirib ki, onların heç bir yeniliyi olmadığı üçün Barcelona testlərində iştirak etməyəcəklər.

İsveçrəlilər əlavə ediblər ki, komandanın test üçün gənc sürücüləri də yoxdur: “Barselonadakı ilk mövsümiçi testlərdə iştirak etməyəcəyik. Bunun iki səbəbi var: birincisi, İspaniya yarışı üçün heç bir yeniliyimiz yoxdur, ikincisi, bizim üçün test edəcək heç bir gənc sürücümüz yoxdur”.

Xatırladaq ki, Barselona testləri may ayının 17-18-də olacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*