M.Kaltenborn: “Sauber-i xilas etməyə çox yaxınıq”

Sauber komandasının rəhbəri Monişa Kaltenborn bildirib ki, onlar komandanın gələcəyini təmin etməyə çox yaxındırlar və buna görə də özlərini rahat hiss edirlər...

F-1.az xatırladır ki, Sauber maliyyə cəhətdən ən pis mövsümünü keçirir. Kaltenborn komandanı bu vəziyyətdən qurtarmaq üçün əlindən gələni edir. Sauber bu mövsüm keçirilən iki mövsümiçi testlərdə də iştirak etməyib və işçilərin maaşını çətinliklə ödəyir.

Sauber-in yeni sponsoru artıq komanda ilə müqavilə bağlamağa yaxındır və tezliklə bu barədə məlumat veriləcək.

Monişa Kaltenborn: “Bu mövzuda artıq rahatam, çünki Sauber yaxşı komandadır və burada istedadlı insanlar var. Bəzi şeylər bizə pis təsir etdi, ancaq komanda yaxşı nəticələrə layıqdir. Açıqlama vermək üçün zaman aralığı vermirəm, amma həll yolumuz var. Vaxtı gələndə açıqlama verəcəyik”.

Kaltenborn bildirib ki, bu cür danışıqlar bəzən yaxşı nəticələnmir, amma o danışıqların uğurlu olacağından əmindir: “Bir şey baş verən zaman hər şeyin birdən bitdiyini görən yeganə komanda deyilik. Müasir dövrdə güclü tərəfdaşa ehtiyacımız var. Xüsusən də, belə vaxtlarda komandaya inanan və potensialını görən tərəfdaşlara ehtiyac var. Bu sahədə həmişə güclü olmuşuq. Keçmişə nəzər salsaq, Red Bull, Petronas kimi şirkətləri görərik. Bunlar fəqrli işlərlə məşğul olan güclü tərəfdaşlardır. Yenə də bizim potensilaımıza inanan tərəfdaşlar görəcəksiniz. BMW başqa komanda ilə də işləyə bilərdi, amma bizi seçmi.di, çünki potensialımızı görürdülər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*