10 Dekabr 2018, Bazar ertəsi - 23:46

M.Eriksson Sauber-i xilas edib

M.Eriksson Sauber-i xilas edib

Müəllif: Rauf Hacıyev, redaktor

11:25 - 14 Aprel, 2016

Sauber komandası Markus Erikssonun sponsorlarının ödədiyi pulların hesabına Çinə gələ biləcək…

F-1.az xatırladır ki, Sauber komandasının maliyyə vəziyyəti get-gedə pisləşir və isveçrəlilər vəziyyətdən çıxmaq üçün bəzi sponsorlarla danışıqlar aparsalar da, ortada heç bir nəticə yoxdur.

Keçən həftə xəbər çıxdı ki, komanda 600 işçinin mart ayındakı maaşını ödəyə bilməyib və Çində yarışmama ehtimalları var, amma Markus Erikssonun sponsorları komandaya lazımi ödəmələr ediblər və isveçrəlilər Çin yarışında iştirak edə biləcəklər.

Eje Elq, Erikssonun meneceri: “Sauber-in maliyyə problemləri barədə şərh verə bilmərəm, amma onu deyə bilərəm ki, onlar problemləri həll etməyə çalışırlar. Qısa müddət üçün problemlər həllini tapdı və onlar Çində iştirak edə biləcəklər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 435
Teqlər , ,
Paylaş

logo